Hərbi xidmətə çağırılacaq sonuncu kurs tələbələrinin aqibəti necə olacaq?

Cəmiyyət

27.04.2020 - 18:22

Hərbi xidmətə çağırış vaxtı çatan tələbələrlə bağlı məsələ qaldırılacaq

 

“Bu il son kursda olan tələbələr istehsal təcrübəsində olmalı idilər. Təcrübə proqramı fevraldan başlayıb, məlum karantinə görə yarımçıq qaldı. Elə bu yaxında rektorlarla bu barədə müzakirələrimiz oldu. Karantinlə bağlı həmin tələbələrin təcrübə proqramı baş tutmadı, buna görə son kurs tələbələrin əvvəlki illərdəki göstəriciləri nəzərə alınacaq".

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifiqində bildirib. Nazir deyib ki, son kursda oxuyan oğlan tələbələrin hərbi xidmətə çağırışı vaxtında da dəyişiklik olub: "Apreldəki hərbi xidmət çağırış vaxtı may ayına keçililib. Mayda olacaq çağırış isə iyun ayına təyin olunub. Bu məsələ hələ ki bir qədər yarımçıq qalıb. Bu səbəbdən məsələnin yenidən müzakirəyə ehtiyac var".

 

Nazir onu da əlavə edib ki, hazırda 95 mindən çox tələbə onlayn keçirilən dərslərə qoşulub.

Müəllif: Raminə Eyvazqızı