Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Xəbərlər

02.08.2026 - 14:38

Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Avqustun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 22-25°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 22-26°, gündüz 34-39° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş