Hamburqda “Bərdəyə ədalət!”

Xəbərlər

03.11.2020 - 13:33

Erməni terrorunun qurbanlarının xatirəsi yad edilib

 

Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan dinc vətəndaşlarımızın xatirəsini yad ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya bildirilib ki, Hamburq şəhərinin mərkəzi küçəsində “Bərdə” və “Bərdəyə ədalət!” sözləri yazılan anım guşəsi yaradılıb. Terror aktı qurbanlarının şəkillərinin önünə güllər, oyuncaqlar düzülüb, şamlar yandırılıb.

 

Guşənin önündən keçən yerli sakinlərə Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətindən, Azərbaycanın beynəlxalq qanunlara uyğun olaraq özünümüdafiə və ərazilərinin işğaldan azad etməklə bağlı hüquqlarını həyata keçirdiyi barədə məlumat verilib.

Müəllif: Ayna.az