Hakimliyə namizədlər test imtahanı veriblər

Xəbərlər

28.06.2026 - 18:09

Test imtahanında 337 hakimliyə namizəd iştirak edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə keçirilən növbəti test imtahanında 337 hakimliyə namizəd iştirak edib.

Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri sualları cavablandırdıqdan dərhal sonra namizədə elan olunub.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizəd müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaq. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Qaydalara əsasən imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş