Türkiyənin XİN başçısı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb.
AYNA “Anadolu” agentliyinə istinadən bildirir ki, bu, ABŞ-ın yeni administrasiyasının formalaşmasından sonra nazirlər arasında ilk danışıqlar olub.
“Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi də daxil olmaqla, ticarət və iqtisadi əlaqələr müzakirə edilib. Suriyadakı vəziyyət, Qəzza zolağında baş verənlər, Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
Görüş zamanı Rusiya və Ukrayna arasında münaqişənin həlli kontekstində mümkün hadisələr də ətraflı müzakirə edilib.
Fidan Qəzzada daimi atəşkəsin vacibliyinə toxunaraq bildirib ki, bölgədə sülhün əldə olunması üçün Fələstin-İsrail məsələsi həll olunmalıdır.