Hadrutda daha 2 erməni hərbçinin qalıqları tapılıb

Xəbərlər

14.10.2021 - 22:58

Hərbçilərin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq 

İşğaldan azad olunmuş Hadrut qəsəbəsində daha 2 erməni hərbçinin qalıqları aşkar olunub. AYNA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1685 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Müəllif: Ayna.az