Gürcüstanın Baş naziri COVID-19-a yoluxub

Dünya

06.04.2021 - 14:19

Qaribaşvili: “Təcrid olunmuşam və işə distant şəkildə davam edəcəyəm”

 

Gürcüstan Baş naziri İrakli Qaribaşvili koronavirusa (COVID-19) yoluxub. AYNA-nın xəbərinə görə, Baş nazir “Facebook” hesabında yazıb ki, koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb.

 

“Test nəticələrinə əsasən məndə koronavirus təsdiqləndi. Özümü yaxşı hiss edirəm. Təcrid olunmuşam və işə distant şəkildə davam edəcəyəm”, - deyə Qaribaşvili bildirib.

Müəllif: Ayna.az