Gürcüstanda matəm günü elan olunub

Dünya

09.10.2021 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Batumidə binanın çökməsi nəticəsində 6 nəfər ölüb 

Gürcüstanda oktyabrın 11-i matəm günü elan olunub. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş