Qonşu ölkədə bir gündə 31 nəfər virusun qurbanı olub
Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm sayında yeni antirekord qeydə alınıb. AYNA gürcü mediasına istinadən xəbər verir ki, son sutka ərzində qonşu ölkədə son sutkada 1788 nəfər COVID-19-a yoluxub.
1251 nəfər sağalaraq evə buraxılıb, 31 nəfər vəfat edib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 324 min 256 nəfərə çatıb. Onların 303 min 679-u sağalıb, 4336-sı isə ölüb.