Gürcüstanda bir gündə 14 nəfər koronavirusun qurbanı olub

Dünya

07.02.2021 - 15:51

Qonşu ölkədə daha 404 nəfər koronavirusa yoluxub

 

Gürcüstanda son sutka ərzində 404 nəfər koronavirusa yoluxub. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 262 min 24 nəfərə çatıb.

 

Daha 799 nəfər xəstəlikdən sağalıb, 14 nəfər COVID-19-un qurbanı olub. Ölkədə ölənlərin ümumi sayı 3 min 283-ə çatıb.

 

Müəllif: Ayna.az