Gürcüstanda ard-arda iki zəlzələ qeydə alınıb

Dünya

25.07.2021 - 19:37

Həkimlər Klinikalar SEO Xidməti

Dağıntı və tələfat barədə məlumat verilmir

 

İyulun 25-də Gürcüstanın Dmanisi və Zalqa rayonları ərazisində zəlzələ qeydə alınıb.

 

AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, ilk yeraltı təkan saat 12:14-də 2.9 bal gücündə Dmanisi rayonunun Sameba kəndi yaxınlığında, digəri isə saat 13:02-də 3.7 bal gücündə Zalqa rayonunun Salamaleyki kəndində qeydə alınıb.

 

Dağıntı və tələfat barədə məlumat verilmir. Amma əhali arasında narahatlıq və təşviş var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş