Məhdudiyyətin müddəti 2021-ci il yanvarın 31-dək qüvvədə olacaq
Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddətini uzadıb. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 31-dək qüvvədə olacaq. Sözügecən məhdudiyyətlər Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan şəhərlərinə yerinə yetirilən birbaşa və Kutaisi hava limanından həyata keçirilən uçuşlara şamil edilmir.