İddiaya Giorgi Qaxariyanın "Gürcüstan Naminə" Partiyası da əlavə edilib
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası ölkədə fəaliyyət göstərən bir neçə partiyanın ləğvi ilə bağlı konstitusiya iddiasını yeniləyib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, iddiaya Giorgi Qaxariyanın "Gürcüstan Naminə" Partiyası da əlavə edilib.
"İddia ərizəsi imzalanıb və bu gün Konstitusiya Məhkəməsinə təqdim olunacaq. O, ictimaiyyətə açıqlanacaq və hər kəs onu nəzərdən keçirə biləcək. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi və hakimlər artıq iş üzərində işləyirlər. İddiaya baxılma müddəti doqquz ay olsa da, məhkəmənin məsələyə daha tez baxmasına heç nə mane olmur", - deyə spiker əlavə edib.