Bölgədə qeyri-sabit hava şəraiti davam edir
Güclü külək Qaxda bir sıra fəsadlara yol açıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarından başlayaraq, Qax, Zaqatala və Balakən rayonları ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Rayonların ərazisində fasilələrlə güclü külək, qısamüddətli leysan yağışı müşahidə olunur. Daha çox Qaxın Marsan, Turaclı və Çüdülü kəndlərində güclü külək müşahidə olunub.
Sözügedən kənlərdə çoxlu sayda ağaclar, elektrik və rabitə dirəkləri aşıb, elektrik və rabitə naqilləri qırılıb, qaz xətləri zədələnib. Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisinin, internetin və təbii qazın verilməsində fasilə yaranıb.
Aidiyyəti qrumlar əraziyə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Külək Zaqatala rayonunda da bir neçə ağacın aşmasına səbəb olub. Hazırda Zaqatalanın bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.