Göygöldə zəlzələ olub

Hadisə

25.10.2020 - 21:53

Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib

 

Bu gün yerli vaxtla saat 19:38-də Gəncə stansiyasından 22 km cənubda Göygöl ərazisində zəlzələ qeydə alınıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ayna.az