Göygöldə nəqliyyatın işi çətinləşib

Xəbərlər

08.03.2021 - 20:21

Dövlət Yol Polis Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib

 

Göygöldə yağan qar nəqliyyatın hərəkətinii çətinləşdirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya bildirilib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

 

Bununla əlaqədar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür. Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlırində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər.

Müəllif: Ayna.az