Generalın oğlu tanınmış vəkilə hücum etdi

Hadisə

02.09.2021 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

Rövşən Əkbərovun oğlunun hücum etdiyi Elçin Sadıqov polis şöbəsində izahat verib

 

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.

 

AYNA xəbər verir ki, bu barədə Elçin Sadıqov özü sosial şəbəkədə paylaşım edib.

 

“Bu gün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”, - deyə vəkil qeyd edib.

 

Qeyd edək ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclası zamanı R.Əkbərovun oğlu E.Sadıqova hücum edib. Bu barədə vəkilin özü sosial şəbəkə hesabında bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş