Gəncədə taksi sürücüsü bıçaqlanıb

Hadisə

26.07.2021 - 02:43

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir

 

Gəncədə bıçaqlanma hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

 

Taksi fəaliyyəti ilə məşğul olan, 1978-ci il təvəllüdlü Həsənov Tariyel Valeh oğlu restoranın qarşısında bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

 

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif: Ayna.az