Gəncədə karantin tədbirləri gücləndirilib

Xəbərlər

03.12.2020 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Polis ictimai yerlərdə, ictimai nəqliyyatda reydlər keçirir

 

Yeni növ koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Gəncə şəhərində nəzarət-profilaktik tədbirlər gücləndirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai yerlərdə, ictimai nəqliyyatda reydlər keçirir.

 

Polis əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilir.

 

Virusa yoluxma riskinin yüksək olduğu qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda, taksilərdə hərəkət iştirakçıları ilə fərdi profilaktik söhbətlər aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş