Gəncədə 5 nəfər ölüb, 35 nəfər yaralanıb

Siyasət

17.10.2020 - 02:43

Həkimlər Klinikalar SEO Xidməti

Gəncədə ölən və yaralıların sayı açıqlanıb 

 

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

 

"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş