Gəncə polisi reyd keçirib

Xəbərlər

14.12.2020 - 17:10

Yoxlamalar şəhər sakinləri arasında, ictimai nəqliyyatda aparılıb

 

Ölkə ərazisində tətbiq edilən xüsusi  karantin rejimi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Qeyd olunub ki, yoxlamalar şəhər sakinləri arasında, ictimai nəqliyyatda aparılıb. Xüsusi karantin rejiminin qaydalarını pozan şəxslər barəsində qanuna müvafiq olaraq tədbirlər görülüb.

 

“Ümumilikdə ölkənin ikinci böyük şəhərində tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı səkkiz xüsusi post quraşdırılıb ki, bu postlar vasitəsi ilə Gəncə şəhərinə giriş-çıxışa nəzarət olunur”, - məlumatda bildirilib.

Müəllif: Ayna.az