Gənc fəal BMT-yə yüz min dollar bağışladı

Dünya

30.04.2020 - 16:20

cedabet dərman SEO Xidməti

O, “Human Act” şirkətindən aldığı mükafatı mübarizə tədbirləri üçün bağışladığın bildirib

 

Qlobal istiləşmə ilə mübarizə aparan və insanları bu yolda səfərbər edən gənc, ətraf mühit aktivisti Qreta Thunberq ona verilən 100000 dollar mükafatı BMT-nin uşaq fonduna (UNİCEF) bağışlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşındakı Thunberq Danimarkanın mərkəzində fəaliyyət göstərən “Human Act” şirkətindən aldığı mükafatı mübarizə tədbirləri üçün bağışladığın bildirib.

 

"Qlobal istiləşmə kimi, koronavirus da uşaqlar üçün təhlükəlidir. Bu pandemiya uzun müddət uşaqlara təsir edəcək. Hər kəsi mənə qoşulmağa, uşaqları xilas etməyə, sağlamlıqlarını qorumağa və təhsillərini davam etdirmək üçün onlara kömək etməyə dəvət edirəm”, - deyə gənc fəal vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş