Hücum nəticəsində 2 nəfər öüb, 15 nəfər isə yaralanıb
ABŞ-da bir nəfər gecə klubuna girmək üçün növbədə gözləyənlərə atəş açıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər öüb, 15 nəfər isə yaralanıb.
Məlumata əsasən, hücumun Missuri ştatının Kansan şəhərində bir gecə klubunun qarşısında baş verib. Belə ki, silahlı şəxs girişdə gözləyənlərə atəş açaraq biri qadın olmaqla 2 nəfərin ölümünə, 15 nəfərin isə yaralanmasına səbəb olub.
Hadisə yerinə dərhal polis və təcili yardım qrupları sövq edilib.
Verilən açıqlamalarda hücumun səbəbinin, hələlik bilinmədiyi vurğulanıb.