Füzulidə kasetli bombanın hissəsi partlayıb

Hadisə

12.07.2021 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Yol tikintisi şirkətinin əməkdaşı xəsarət alıb

 

Bu gün saat 11 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 1 nəfərin minaya düşməsi haqda məlumat daxil olub. Füzuli Rayon Prokurorluğundan AYNA-ya verilən xəbərə görə, barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

 

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş