Fransızlar son hərbi bazasını tərk ediblər
Bazanın təhvil verilməsi Fransanın ölkədəki hərbi mövcudluğunun sona çatması
Fransa Çaddakı son hərbi bazasını tərk edərək, ölkə rəhbərliyinə təhvil verib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Bildirilib ki, Fransız əsgərləri Çadda Fransanın son hərbi obyekti olan N'Camena bazasını tərk edib.
Bazanın təhvil verilməsi Fransanın ölkədəki hərbi mövcudluğunun sona çatması deməkdir.
Fevralın 1-də Fransa hərbçilərinin Afrika dövlətini tərk etməsi ilə bağlı Çadda rəsmi mərasim keçiriləcək.