Fransada maşında qalan iki uşaq 70 dərəcə istidə ölüb

Dünya

29.06.2026 - 14:52

Karpentras şəhərində anormal isti havada ana iki uşağını maşında unudub

Fransanın Karpentras şəhərində anormal isti havada bir ana iki uşağını maşında unudub. Onlar salonun temperaturu təxminən 70 dərəcə Selsiyə çatanda infarktdan ölüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Mail" qəzeti məlumat yayıb.

Dörd yaşlı Qasim Benouali və iki yaşlı qardaşı Sadeqin nənəsi Fatihə Əl-Bubqarinin sözlərinə görə, anaları uşaqların maşında olduğunu unudaraq supermarketə gedib. Qayıdanda uşaqlar arxa oturacaqda huşsuz vəziyyətdə olublar. Həmin gün çöldəki temperatur 48 dərəcə Selsiyə çatıb və maşında 70 dərəcə Selsiyə qədər yüksəldiyi ehtimal edilir.

“The Daily Mail” qəzeti vurğulayıb ki, ölən uşaqların 33 yaşlı anası Vəfa əl-Bubkari qəsdən adam öldürmədə ittiham olunur və 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş