Fransada indiyədək koronavirusa yoluxanların yarısı sağalıb

Dünya

20.06.2020 - 02:51

cedabet dərman SEO Xidməti

Hazırda xəstəxanalarda 9970 xəstə qalıb

 

Fransada COVID-19 diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 10 mindən azdır, sutka ərzində daha 14 nəfər xəstəxanalarda eyni səbəbdən ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

“Epidemiyanın əvvəlindən indiyədək Fransada 29 617 nəfər ölüb, onlardan 19 160-ı xəstəxanalarda vəfat edib”, - nazirliyin yaydığı məlumatda belə deyilir.

 

Qeyd edilir ki, hazırda xəstəxanalarda 9970 xəstə qalıb, sutka ərzində daha 116 nəfər xəstəxanaya müraciət edib. Reanimasiyalarda isə 727 xəstə var, son 24 saatda buraya daha 10 nəfər yerləşdirilib.

 

Fransada epidemiyanın başlanğıcından bəri 103,7 min insan koronavirus səbəbindən xəstəxanaya çatdırılıb, 74 minədək fransalı isə sağalaraq evinə buraxılıb.

 

Qeyd edək ki, ölkədə indiyədək ümumilikdə 159 452 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib, son bir gündə yoluxanların sayı 811 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş