Fransada COVID-19-dan ölənlərin sayı 23 mini keçib

Dünya

28.04.2020 - 06:14

cedabet dərman SEO Xidməti

Koronavirus can almaqda davam edir 

 

Fransada ötən sutkada 437 nəfər pandemiyanın qurbanı olub.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Fransada koronavirusdan ölənlərin sayı 23 293-ə yüksəlib.

 

Xəstəxanalarda 14 497 nəfər, qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 8 796 pasiyent pandemiyanın qurbanı olub.

 

Bundan başqa, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 3,7 min nəfər artaraq 128 339-a çatıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş