Floydun vəkili BMT-yə müraciət edib

Dünya

09.06.2020 - 14:59

“ABŞ-da insan hüquqlarının pozulmasının qarşısı alınsın”

 

ABŞ-ın Minneapolis şəhərində polis məmuru Derek Çauvin tərəfindən öldürülən Corc Floydun vəkili Ben Krump BMT-dən polis zorakılığı və irqçiliklə bağlı araşdırma aparılmasını tələb edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Krump BMT-dən ABŞ-da insan hüquqlarının pozulmasının qarşısının alınmasını xahiş edib.

 

Qeyd edək ki, Corc Floydun öldürülməsinə etiraz olaraq ABŞ-da günlərdir kütləvi etiraz aksiyaları davam edir. Bununla yanaşı, artıq aksiyalar dünyanın bir sıra inkişaf etmiş ölkələrinə də sıçrayıb. 

Müəllif: Ayna.az