İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) bildirilib.
Qeyd olunub ki, zəlzələlər Moskva vaxtı ilə saat 03:46-da 70 mindən çox insanın yaşadığı Ende şəhərindən 46 kilometr şimal-qərbdə, İndoneziyanın Flores adası sahillərində qeydə alınıb. Zəlzələ 35 kilometr dərinlikdə qeydə alınıb.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.