Nazir: “Bu addım ölkəmizin milli maraqlarına ziddir”
Finlandiyanın Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-tutucular vermək niyyətində deyil. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Antti Häkkänen deyib.
Nazir bildirib ki, “bu addım ölkəmizin milli maraqlarına ziddir”.
“Biz müttəfiqlərimiz naminə əlimizdən gələni etmişik. Lakin Rusiya ilə birbaşa sərhəddə yerləşən bir dövlət olaraq, öz hava hücumundan müdafiə hazırlığımızı və təhlükəsizliyimizi riskə ata bilmərik”, - deyə nazir vurğulayıb.