Akademik dairələrdə respublikada tarixi elmin gələcəyi ilə bağlı narahatlıqlar artır
Finlandiya Milli Arxivi (NAF) Rusiyadan alınan tarixi materialların surətlərinə girişi 9999-cu ilin sonuna qədər məhdudlaşdırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yle” qəzeti məlumat yayıb.
Bildirilib ki, akademik dairələrdə respublikada tarixi elmin gələcəyi ilə bağlı narahatlıqlar artır. Sözügedən sənədlər 1500-1990-cı illər arasında Finlandiyada baş verən hadisələri əhatə edən bir milyon səhifəlik sənədlə bağlıdır. Bu sənədlərin surətləri Finlandiyaya 2005-ci ildə, NAF Rusiya arxivləri ilə əməkdaşlıq qurduqdan sonra gəlməyə başlayıb.
“Yle”nin məlumatına görə, bu materiallara giriş hazırda məhdudlaşdırılıb. Rusiya tərəfi ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan qaydalar maraqlı olanlara Milli Arxivin oxu zallarında və uzaqdan giriş vasitəsilə materiallara giriş imkanı verir.