Fiko: “Ukrayna Azərbaycandan Avropaya qaz tranziti imkanlarını araşdırır”

Dünya

31.01.2025 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

“Ukrayna hakimiyyəti Azərbaycandan qazın Avropaya tranzit imkanlarını öyrənməyə başlayıb”

“Ukrayna hakimiyyəti Azərbaycandan qazın Avropaya tranzit imkanlarını öyrənməyə başlayıb”. AYNA xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fiko TAZ telekanalının efirində deyib.

Baş nazir qeyd edib ki, Ukrayna tərəfi Bratislavanın Prezident Volodimir Zelenskiyə göstərdiyi “böyük təzyiq” altında belə bir perspektivi nəzərdən keçirməyə hazır olduğunu bildirib.

O, Avropa üçün ən ağlabatan həlli kimi Ukraynadan Rusiya yanacağının daşınmasının bərpasını göstərib.

Fiko Ukrayna hakimiyyətinin tranziti dayandırmaq qərarından sonra fəlakətli nəticələrdən söz açıb. Baş nazir xəbərdarlıq edib ki, “bu, artıq Avropa istehlakçıları üçün qazın qiymətinə təsir göstərir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş