Fəxrəddin Qoca qazilərimizin səhhətindən danışıb

Xəbərlər

26.02.2021 - 02:46

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyənin səhiyyə naziri azərbaycanlı qazilərin vəziyyəti ilə bağlı məlumat verib 

 

“Azərbaycanlı qardaşlarımızdan üç qazini biz müalicə edirik”.

 

AYNA xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə ilə bağlı nazirliyin nəzdində fəaliyyət göstərən Elm Qurumunun növbəti müzakirəsindən sonra baş tutan brifinqdə dilə gətirib.

 

Nazir bildirib ki, qazilərin vəziyyəti kritik deyil:

 

“Səhiyyə ilə bağlı ikitərəfli müqavilələrimiz var. O çərçivədə dörd xəstə müalicə olunur. Azərbaycanlı qardaşlarımızı öz vətəndaşlarımızdan əsla ayırmırıq.

 

Öhdəmizə düşən nədirsə,onu etmək məsələsində həssaslıq göstəririk. Həm pandemiya dönəmində, həm də daha əvvəl sağlamlıqla bağlı edilməli olan hər əməkdaşlığa açıq idik və bu, bundan sonra da belə olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş