Fələstinli uşaqlar İtaliyada müalicə ediləcəklər

Dünya

14.02.2025 - 17:43

Həkimlər Klinikalar SEO Xidməti

Beş azyaşlı uşaq Milana aparılıb

Qəzzada döyüş bölgələrindən olan 5 azyaşlı İtaliyanın Lombardiya regionundakı xəstəxanalarda müalicə ediləcəklər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyindən bildirilib.

Qeyd olunub ki, azyaşlılar nazirlik və ÜST-nin birgə koordinasiyası ilə ailə üzvlərinin müşayiəti ilə Milana aparılıblar. Onlar müəyyən müddət ərzində xəstəxanada qalacaq, lazımi müayinələrdən keçəcəklər.

Qeyd edək ki, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani daha əvvəl xərçəng xəstəliyindən əziyyət çəkən 30-dək fələstinli uşağın İtaliyada müalicə olunacağını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş