"Facebook" və "Instagram"da nasazlıq yaranıb

Dünya

03.11.2021 - 23:34

Həkimlər Klinikalar SEO Xidməti

Dünyanın bir sıra ölkələrində "Instagram" və "Facebook" sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

AYNA xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini “Downdetector” saytı məlumat yayıb.

Problemlər əsasən ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, Polşa, Rusiya və digər ölkələrdən olan istifadəçilər tərəfindən bildirilir.

Məlumata görə, "Instagram"ın problemləri daha çox proqramla, həmçinin server bağlantıları və saytın yüklənməsi ilə bağlıdır. "Facebook"dakı uğursuzluqlar əsasən saytın fəaliyyəti ilə əlaqədardır, belə ki, istifadəçilər akkauntlara daxil olmaqda çətinlik çəkirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş