“Facebook” 3 milyarddan çox saxta hesabı silib

Dünya

14.11.2019 - 08:29

Həkimlər Klinikalar SEO Xidməti

Bütün saxta hesablar aktiv olmadan əvvəl bağlanıb

 

“Facebook” sosial şəbəkəsi aprel-sentyabr ayları ərzində 3,2 milyard saxta hesabı silib.

 

AYNA “Associated Press”ə istinadən xəbər verir ki, bu, əvvəlki altı ayla müqayisədə çoxdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə bu rəqəm 3 milyard idi.

 

Qeyd olunub ki, bütün saxta hesablar aktiv olmadan əvvəl bağlanıb.

 

Şirkət, hazırda 2.45 milyard hesabın təxminən 5% -nin saxta olduğunu təxmin edir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş