Estoniyada koronavirusa yoluxanların sayı 1 300 nəfəri ötüb

Dünya

11.04.2020 - 17:06

Koronavirus sürətlə yayılmaqda davam edir

 

Estoniyada son sutkada daha 46 nəfər koronavirusa yoluxub.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Estoniyanın Səhiyyə Departamenti yayıb.

 

Bildirilib ki, COVID-19-a yoluxanların sayı 1 304-ə çatıb. İndiyədək 24 nəfər virusun qurbanı olub.

 

Qeyd edək ki, Estoniyada mayın 1-dək fövqəladə vəziyyət rejimi qüvvədə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş