Baş nazir: “Ölkədə mümkün olduğu qədər məhdudlaşdırma qərarı verilib”
Estoniya hökuməti martın 11-dən aprelin 11-dək – bir ay müddətində sərt karantin tətbiq edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas deyib.
Kallas bildirib ki, ölkədə mümkün olduğu qədər məhdudlaşdırma qərarı verilib.
Qeyd edək ki, son məlumatlara əsasən Estoniyada 76 183 nəfər koronavirusa yoluxub, 667 nəfər isə koronavirusdan ölüb.