Ermənistanın bir neçə bölgəsi enerjisiz qalıb

Dünya

04.08.2026 - 23:52

Elektrik şəbəkəsinin istehsal və ötürmə şəbəkələrində fövqəladə hal baş verib

Elektrik şəbəkəsinin istehsal və ötürmə şəbəkələrində baş verən fövqəladə vəziyyət Ermənistanın beş bölgəsindəki bir neçə şəhərdə və ətraf kəndlərdə elektrik enerjisinin tamamilə kəsilməsinə səbəb olub. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Elektrik Şəbəkələri məlumat yayıb.

Bildirilib ki, Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat bölgələrində dispetçer məhdudiyyətləri tətbiq edilib.

“Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və şəbəkə operatorunun mütəxəssisləri elektrik enerjisinin mümkün qədər tez bərpası üçün təcili əməliyyatlar həyata keçirirlər”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş