“Ermənistan tarixi qisas üçün Azərbaycana təslim edilməlidir” – <font color=red> KUZNETSOV</font>

Siyasət

19.08.2021 - 18:46

“Kreml artıq bölgədə yeni müttəfiq axtarmağa başlamalıdır ki, bu müttəfiq də Azərbaycan ola bilər”

 

Azərbaycanla Ermənistan arasındakı sərhəd zonasında vəziyyət gərgin olaraq qalır. Tərəflər hər gün atəş açır və bəzən bunlar itkisiz ötüşmür. Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyasında israrlıdır, erməni tərəfi isə Rusiyanı Azərbaycanla sərhədlərini qorumağa dəvət edir.

 

AYNA mövzunu tanınmış rusiyalı politoloq Oleq Kuznetsovla müzakirə edib.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

- Bu yaxınlarda KTMT Baş katibi Ermənistana, Ermənistan müdafiə naziri isə Moskvaya səfər etdi. Bu səfərlər nəyə gətirib çıxaracaq? Bu səfərlərin nəticələrini necə qiymətləndirirsiniz?

 

- Bu səfərlərin nəticələrini özünüz gözəl görürsünüz - Azərbaycanın hərbi aviasiyası rus qoşunlarının Qarabağdakı sülhməramlılarının məsuliyyət bölgəsindəki yerləşən ermənilərin mövqelərinə dəqiq zərbələr endirdi. “Bu, rəsmi Bakının "SSRİ-yə qayıtmaq" cəhdlərinə layiqli cavabı idi” – bu fikri general Rüstəm Muradov ötən ilin noyabrında Qarabağın erməni icmasının nümayəndələri ilə görüşündə səsləndirmişdi. Azərbaycanın hərbi-siyasi rəhbərliyi açıq şəkildə göstərdi ki, nə Ermənistan, nə də Rusiya tərəfindən 10 noyabr 2020-ci il tarixli sazişin şərtlərinin pozulmasına dözəcək.

 

Bakı İrəvana və Kremlə açıqladı ki, Rusiya hərbi kontingenti nəzarət etdiyi ərazinin ağası deyil, yalnız orda qonaqdır və gündən-günə daha çox arzuolunmaz qnoaqdır. İndiyə qədər açıq şəkildə Ermənistan ordusunun canlı qüvvəsini və hərbi texnikasını kütləvi şəkildə məhv etmək niyyəti olmadan bir nümayiş olaraq, hava hücumu ilə başladı, amma bu addım İrəvanı ayıltmazsa, bu ehtimalı müəyyən bir gələcəkdə istisna etmirəm. Yəni gəlcəkdə Azərbaycan çoxsaylı “Smerç” və “Uraqan” tipli raket sistemləri, habelə D-30 tipli ağır lüləli artilleriya və özünə məxsus və ya Türkiyə istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməklə, Qarabağdakı mülki infrastruktura ciddi ziyan vurmadan erməni ordu birləşmələrinin mövqelərini məhv etməyə gedə bilər. Və sonra rus sülhməramlıları Qarabağdakı yeni erməni hərbi qəbiristanlıqlarını və silah-sursat tullantılarını qoruyacaqlar.

 

- Nikol Paşinyan son çıxışlarında İlham Əliyevlə görüşməyə və danışıqlara hazır olduğunu bildirdi. Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olduğunu güman edə bilərikmi?

 

- Mən dəfələrlə, o cümlədən sizin nəşrinizə demişəm ki, 1975-ci il xəritələrinə görə, Azərbaycan SSR və Ermənistan SSR arasındakı keçmiş inzibati sərhədlərin dövlət sərhədi kimi tanınması ilə bağlı Azərbaycanın şərti ilə barışıq sazişinin imzalanması Ermənistan üçün qəti şəkildə qəbuledilməz variantdır. Siyasi səbəblərə görə deyil, konstitusiya və hüquqi səbəblərə görə. Ermənistanın konstitusiya (dövlət) qanunvericiliyi elə qurulub ki, ona görə Qarabağ bu ölkənin bir hissəsidir və müasir Ermənistanın konstitusiya əsaslarını dəyişdirmədən, ondan imtina etmək əslində mümkün deyil.

 

Bu səbəbdən, yeni səlahiyyətə sahib olan Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına başlamazdan əvvəl, 1990-cı illərdə Qarabağ və Ermənistanın tərkibinə daxil olan digər ərazilərdən imtina edilməsi ilə bağlı ölkəsində referendum keçirməli və bütün xalqın razılığını almalı olacaq. Bu olmadan yuxarıda göstərilən şərtlərlə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün hüquqi səlahiyyəti yoxdur. Referenduma alternativ müharibədir və Ermənistanın məğlubiyyətindən sonra təslim aktının imzalanmasıdır ki, burada da eyni şərtlər olacaq.

 

Mənə elə gəlir ki, Paşinyan üçün ermənilərin məğlub olması, təslim olması, ərazilərinin və ambisiyalarının itirilməsi faktı ilə üz-üzə qoymaq üçün yeni bir müharibə başlamaq və uduzmaq, ittiham kartlarını rusiyapərəst müxalifətə verərək, referendum keçirmək və xalqa uzun və əziyyətli bir izahat verməkdən daha asandır. Buna görə də Paşinyan müharibəyə təhrik edərək, hələ verilməli olan hər şeyi bu və ya digər şəkildə vermək üçün əlindən gələni edir ki, sonra özünü Kremlin nəzarətindən tam azad edərək, rəsmi Bakı ilə sülh və sərhəd danışıqlarına başlasın.

 

- Bakı ilə İrəvan arasındakı əsas problemlərdən biri demarkasiya və delimitasiya prosesidir. Rusiya Federasiyasının sərhəd xidmətinin keçmiş zabiti kimi necə düşünürsünüz, Rusiyanın Azərbaycan və Ermənistanın bütün sərhəd zonasına nəzarət etmək ehtimalı nə qədərdir və bu bahalı addımın dəyəri nə qədərdir?

 

- Ən azından Azərbaycanla Ermənistan arasında dövlət sərhədi haqqında müqavilə imzalanana qədər Rusiya bu addımı heç vaxt atmayacaq. Rusiya üçün bu addım, bütün sonrakı hərbi-siyasi nəticələrlə Ermənistanın tərəfində savaşa girməyə bərabər olacaq. Ermənistan bir dövlət qurumu olaraq qətiyyən formalaşmayıb və onu düşmən hesab edən ölkələrin əhatəsində fiziki varlığını sonsuza qədər saxlamaq mümkün deyil.

 

Daha 20-30 il sonra Ermənistan dünyanın siyasi xəritəsindən yox olacaq, çünki ermənilərin öz ölkələrinə ehtiyacı yoxdur. Ermənistanın ölümü ilə yanaşı Rusiyanın Qafqazdakı siyasi varlığı da öləcək. Və heç bir sərhədçi kontingenti buna müqavimət göstərə bilməyəcək. Zəngəzurda əhalinin sıxlığı hazırda hər kvadrat kilometrə 5 nəfərdir və bu cür demoqrafik göstəricilərə görə Rusiya FSB-nin sərhəd orqanlarının nəzarəti altında olsa belə, filiz mineralları ilə zəngin olan Ermənistan heç vaxt bu bölgəni tutmayacaq.

 

Bir Rusiya vətəndaşı olaraq, bu olduqca açıq bir perspektivi dərk etmək məni ağrıdır və Kremlin indi bölgədə yeni bir müttəfiq axtarmağa yönəlməsi lazımdır ki, bu müttəfiq də Azərbaycan ola bilər. Bunun üçün Ermənistan ona tarixi qisas üçün təslim edilməlidir. Bu, indi qəsdən və könüllü olaraq edilməsə, orta perspektivdə yenə də mütləq reallaşacaq, amma bunun Kreml üçün nəticələri ölümcül və geri dönməz olacaq.

Müəllif: Nicat Hacıyev