Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verib

Dünya

12.11.2020 - 21:16

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq sözçü mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edib

 

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan noyabrın 9-da vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

AYNA xəbər verir ki, o, bu barədə "Facebook' səhifəsində məlumat verib.

 

Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən sabiq sözçü ölkə ictimaiyyətinə açıqladığı bütün xəbərlərin Ermənistan silahlı qüvvələrinin baş qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslandığını diqqətə çatdırıb.

 

A.Ovannisyan bundan sonra Ermənistan ordusu naminə elmi fəaliyyətlə məşğul olacağını da bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş