Zəlzələnin episentri Bavra kəndi yaxınlığında yerləşib
Bu gün saat 10:11-də Ermənistan-Gürcüstan sərhədində 2,9 bal gücündə zəlzələ baş verib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Şirak rayonunun Bavra kəndindən 8 kilometr cənub-şərqdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 4 bal olub.
Zəif yeraltı təkanlar Bavra, Saraqyux və Aşotsk yaşayış məntəqələrində də hiss olunub.