“Ermənistan Cenevrə Konvensiyasını kobudcasına pozur” – <font color=red> XİN</font>

Siyasət

05.10.2020 - 13:01

Leyla Abdullayeva: “Azərbaycanlı mülki şəxslər və mülki infrastruktur hədəfə alınır”

 

Sentyabrın 27-dən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və onun tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır.

 

AYNA xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Leyla Abdullayeva brifinqdə deyib. L.Abdullayeva bildirib ki, sentyabrın 27-dən indiyədək ermənilərin atəşi nəticəsində 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb: “Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirir”.

Müəllif: Ayna.az