Ermənistan Bakıya enən sərnişin təyyarələrini vurmağa cəhd edib - <font color=red> VİDEO</font>

Xəbərlər

15.11.2020 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Düşmən bunun üçün “S-300” zenit-raket komplekslərindən istifadə etməyə cəhd göstərib

 

44 günlük müharibə dövründə Ermənistan tərəfi bir neçə dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən sərnişin təyyarələrini vurmaq niyyətində olub. AYNA bildirir ki, bu barədə “Caliber” “YouTube” kanalı məlumat yayıb.

 

Qeyd olunub ki, Ermənistan bu məqsədinə çatmaq üçün “S-300” zenit-raket komplekslərindən istifadə etməyə cəhd göstərib. Düşmənin niyyəti Ukrayna səmasında Malayziya sərnişin təyyarəsinin vurulması ssenarisini həyata keçirmək olub.

 

Belə ki, Ermənistan təyyarələrin vurulma trayektoriyasını elə seçməyə çalışıb ki, insidentin səhvən Azərbaycanın törətdiyi versiyası ortaya çıxsın.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş