Ermənilərdən növbəti təxribat – <font color=red> VİDEO</font>

Xəbərlər

22.07.2020 - 15:07

cedabet dərman SEO Xidməti

Düşmən Baş Konsulluğumuz qarşısında ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlar səsləndiriblər

 

ABŞ-ın Los Anceles şəhərində yaşayan ermənilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar.

 

“Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdirərək, erməniləri susdurublar.

 

Çoxlu sayda erməninin qarşısına çıxan həmvətənlilərimizin bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb.

 

Ermənilər həmyerlilərimizə hücum edərək, onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz  xəsarətlər alıb. Bundan başqa, qadın həmyerlimizi erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da başından  yaralanıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib.

 

Hadisədən dərhal sonra baş konsul Los Anceles Polis idarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib. Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş