Ermənilər Ağbəndi atəşə tutub - <font color=red> RƏSMİ</font>

Xəbərlər

27.10.2020 - 12:19

MN: Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır

 

“Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır”. AYNA xəbər verir ki, bu sözlər Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında yer alıb.

 

“Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur”, - deyə MN açıqlamasında qeyd edilib.

Müəllif: Ayna.az