Erməni jurnalistlər parlamentdə etiraz aksiyası keçiriblər

Dünya

24.08.2021 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

“Medianın azadlığı Nikolun dövründə olduğu məhdudlaşmamışdı”

 

Ermənistan Parlamentində akreditasiya olunan jurnalistlər hərəkətlərinə qoyulan məhdudiyyətlərə qarşı etiraz aksiyası keçiriblər. AYNA erməni mediasına istinadən bildirir ki, jurnalistlər Baş nazir Nikol Paşinyanın çıxışı zamanı “Medianın azadlığı Nikolun dövründə olduğu məhdudlaşmamışdı”, "Nikol, sən artıq jurnalist deyilsən" sözləri yazılmış plakatlar qaldırıblar.

 

Təhlükəsizlik işçiləri jurnalistlərdən aksiyanı dayandırmağı və plakatları endirməyi tələb ediblər. Aksiyaçılar isə plakatları endirməyərək, Paşinyanla görüş tələb ediblər.

 

“Joxovurd” qəzetinin əməkdaşı Sona Qriqoryan deyib ki, Paşinyanın diqqətini cəlb etməyə çalışırlar: “Şəxsən gəlib suallarımıza cavab versin. Bura bizim iş yerimizdir və təhlükəsizlik işçiləri bizi buradan qova bilməzlər".

 

"Qraparak” qəzetinin müxbiri Vahe Makaryan isə bildirib ki, spikerlə görüş heç bir nəticə verə bilməz: “Çünki ölkədə hər şey bir nəfər tərəfindən idarə olunur – Paşinyan tərəfindən”.

 

Jurnalistlərin etirazını müxalif fraksiyalar - "Şərəfim var" və "Ermənistan" fraksiyaları dəstəkləyiblər.

 

Qeyd edək ki, avqustun 18 -də Ermənistan Parlamenti Şurası Jurnalistlərin Milli Assambleyada akkreditasiya prosedurunun təsdiq edilməsi barədə qərarda dəyişikliklər layihəsini təsdiqləyib. Bununla media nümayəndələrinin hərəkətinə məhdudiyyətlər qoyulub.

 

Dəyişikliklərin müəllifi, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Sisak Qabrielyan qeyd edib ki, dəyişikliklər nəticəsində jurnalistlər konfrans zalının qarşısındakı foyedə, parlamentin binası qarşısında və həyətində işləyə biləcəklər. Deputatların otağına gəlincə, jurnalistlər ora yalnız parlamentarilərin özlərinin razılığı ilə daxil ola biləcəklər.

Журналисты провели акцию протеста в парламенте против ограничений их  работы: они требуют встречи с Пашиняном

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş