Erməni jurnalistin Qarabağla bağlı sualına Zaxarovadan cavab

Dünya

11.02.2021 - 22:06

Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablandırıb 

 

“Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”.

 

AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Zaxarova erməni jurnalistin Əsgəran üzərindən Vardenis-Ağdərə və Ağdərə-Xankəndi yolu ilə hərəkətin bərpası məsələsinin Qarabağ üzrə üçtərəfli işçi qrupun müzakirəsinə çıxarılacağı ilə bağlı sualına cavabında bildirib:

 

“Xatırladım ki, üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 6-cı bəndinə uyğun olaraq Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir. Bunu siz də bilirsiniz”

Müəllif: Ayna.az