Erməni deputat: “Sərhəd bölgələrinin əhalisinə silah paylansın”

Xəbərlər

18.01.2021 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Sergey Baqratyan Ermənistanın sərhədyanı bölgələrinin sakinlərinin silahlandırılmasını təklif edir

 

Ermənistan Parlamentinin deputatı Sergey Baqratyan sərhəd bölgələrinin sakinlərinin silahlandırılmasını təklif edib. AYNA erməni mediasına istinadən bildirir ki, o, yaxın gələcəkdə sərhədyanı bölgələrin sakinlərinə hərbi silah verilməsinin mümkünlüyünü nəzərdə tutan müvafiq qanun layihəsini təqdim edəcək.

 

“Sakinlər müvafiq təlimlərdən keçməli və lazım olduqda özünümüdafiə, ən azından psixoloji cəhətdən mövcud gərgin vəziyyəti dəf edə bilməlidirlər. Sərhəddə yaşayan vətəndaşlarımız özlərini müdafiəsiz hiss edirlər”, - deyə Baqratyan qeyd edib.

 

Qeyd edək ki, Azərbaycanla sərhəd bölgələrdə yaşayan ermənilər təhlükə hiss etdiklərini iddia edirlər. Rəsmi Bakı isə dəfələrlə açıqlama verib ki, Azərbaycanın heç vaxt qonşu ölkələrin ərazilərinə iddiası olmayıb, eyni zamanda, Azərbaycan mülki əhaliyə qarşı heç vaxt güc tətbiq etmir.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş